Logo

Uşağının ona bənzəmədiyinə görə şübhələndi, iş ortağı "ata" çıxdı


Əvvəl uşağının ona oxşamadığına görə şübhələndi, sonra ortağını öldürdü.

TopXeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulda olub.

 Uşağının özünə oxşamadığından şübhələnən Okan Alçıtepe DNT test etdirib. Nəticədə məlum olub ki, uşağın atası onun iş ortağıdır. Bunu öyrənən Okan onu güllələyərək öldürüb. 

Qeyd edək ki, Okan Alçıtepenin həyat yoldaşı Cemil Şanlının ona dərman verdiyini və sonrasını xatırlamadığını deyir.