Logo

Uşaqlarınızı istidən qorumağın ƏN YAXŞI YOLLARI


 Bədənimizin çox hissəsi sudur. Buna görə də onu tez-tez su ilə təmin etməliyik. Əgər az su içsəniz, başağrı yaranacaq və özünüzü halsız hiss edəcəksiniz. 

İsti günlərdə ən çox da uşaqlara su lazımdır. Ona görə uşaqlarınızı istidən qorumağın yollarına diqqət etməliyik. TopXebebr.Az həmin yolları təqdim edir:

1.Əgər həyətinizdə elektrik yuvası varsa, o zaman balaca soyuducu qutu qoyun və içərisinə su və digər içkilər doldurun. 

2.Günəşdə qalmaq yaxşıdır. Lakin bu uzunmüddətli olarsa, o zaman övladınızın dərisinə ziyan gətirə bilər. Bu müddət 15 dəqiqə olmalıdır. Buna görə gündüz saat 13:00-17:00 arasında çölə çıxmamalı, dənizə gedərsənizsə və ya çölə çıxmaq vacib olarsa, onda günəş kremindən istifadə edin.


3. Uşaqların dəriləri daha həssasdır və onlar daha çox tərləyirlər. Bu isə onların bədənindəki suyun miqdarın azaldır. Onları günəşdən qorumaq üçün uşaq arabası və ya çətirdən istifadə edin.

4. Əgər maşın sürərkən yanınızda övladınız varsa, maşının sərinliyindən əmin olun. İsti hava, isti maşın yaxşı deyil.

5.  Uşaqlarınıza qazlı və turş içkilər deyil, ayran və su verin.

6. Geyimlərdə pambıq geyimlərə üstünlük verin. Bu bədənə havanın rahat giri-çıxışını təmin edir.

Pəri Əliyeva

TopXebebr.Az