Logo

566 FHN təyyarə və helikopteri havaya qaldırdı


Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.

TopXeber.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub.

Bir istiqamətdə yanğının qarşısı alınıb. Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Yanğının yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsi nəzərə alınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və “Mi-17” yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.