Logo

Ronaldu 200 milyonluq təklifə “yox” dedi


"Real"ın ulduzu Kriştianu Ronaldu 2 illik 200 milyon avro təklif edən Çin klubuna rədd cavabı verib.

"Qafqazinfo"nun xarici mediaya istinadən məlumatına görə, transfer gündəminin ən çox adı hallanan oyunçusu olan Ronaldunu "Yuventus"un da almaq istədiyi deyilir. Bu arada isə Çin futbolçuya 2 illik müqavilə və illik 100 milyon avro təklif edib.

Ancaq Kriştianu Avropadan ayrılmaq istəmədiyi üçün bu təklifi qəbul etməyib.