Logo

Şəlalədən yıxılan qızın meyiti tapıldı – VİDEO


Türkiyəyə istirahətə gedən 27 yaşlı azərbaycanlı Məryəm Ömərovaşəlalədən yıxılaraq dünyasın dəyişib.

Oxu.Az Habertürk-ə istinadla xəbər verir ki, Türkiyənin Muğla bölgəsində Kabak Koyu turizm ərazisində olan şəlaləyə getmək üçün Məryəm Ömərova dağlıq ərazi ilə 2 kilometrə yaxın yol qət edib.

Məqsədi Aladere şəlaləsinin yuxarı hissəsinə çatmaq olub. Şəlaləyə az qalmış Kabak Koyunda qayalıqdan düşən azərbaycanlı qadın həyatını itirib.

2 saat əməliyyatdan sonra qadının meyiti düşdüyü ərazidən götürülərək Fethiye dövlət xəstəxanasının morquna aparılıb.

Ərazinin bələdiyyə başçısı Hasan Karabulut açıqlamasında bildirib ki, Aladere şəlaləsindəki yaşanan hadisədə azərbaycanlı turistin hayatını itirməsi kədərlənirik:

“Şəlalənin olduğu əraziyə 1,5 saatlıq yol var. Bu yol çox təhlükəlidir. Turistləri bu kimi təhlükəli qayalıqlara dırmaşmamağı tövsiyə edirik”.