Logo

Şəmkirdə güclü yanğın başlayıb


Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.

TopXeber.Az-in APA-ya istinadən məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir –Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.