Logo

Tovuz sakini arxaya hərəkətdə olan yük avtomobilinin altında qaldı


Tovuz sakinini avtomobil vuraraq öldürüb.

TopXeber.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonunu Ağdam kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu ehtiyatsızlıq nəticəsində arxaya hərəkətdə olan yük avtomobilinin altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.