Logo

Ukrayna polisi azərbaycanlı “qanuni oğrunu” ölkədən çıxarıb


Ukraynanın polis əməkdaşları Dato Ağcabədili ləqəbli “qanuni oğrunu” saxlayıblar.

Oxu.Az obozrevatel.com-a istinadla xəbər verir ki,  kriminal aləmdə məşhur olan 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İltizaroğlunun Ukraynaya 5 il müddətinə girişi qadağan edilib.

Lvovun Cinayət Axtarış İdarəsinin rəisi Serqey Boqdanovun sözlərinə görə, saxlanılan şəxs Ukrayna ərazisində qanunsuz yaşayıb:

“Həmin vətəndaş İnzibati Məcəllənin 203-cü (“Vətəndaşlığı olmayan əcnəbilərin Ukrayna qaydalarını pozma”)  maddəsi üzrə protokol tərtib edilib və onun beş il müddətinə ölkəyə girişi qadağan edilib”.