Logo

Yaponiyada 1.6 milyon insan küçələrdə qalıb - TƏBİİ FƏLAKƏTİN FƏSADLARI


TopXəbər.Az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyada güclü yağışlar nəticəsində 38 nəfər həyatını itirib, 50 nəfər itkin düşüb.

Ümumilikdə 1.6 milyon insan evlərindən çıxmağa məcbur qalıb. 

Yaponiyanın Meterologiya Agentliyi güclü külək və yağışların davam edəcəyi barədə rəsmi açıqlama verib. 

Hadisədə 77 yaşlı bir nəfər özünü körpüdən atıb, 95 yaşlı qadın isə dağ uçqunundan sonra evində ölü tapılıb.

Baş Kabinetin katibi Yoshihide Suga deyib ki, ərazilərə 48.000 polis məmuru və yanğınsöndürən cəlb olunub.

Pəri Əliyeva

TopXeber.Az