Logo

Keçən həftə atası, bu həftə özü evlənir


Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində Türkiyəni təmsil edən Can Bonomonun 14 iyulda toyu olacaq. 

TopXeber.az xəbər verir ki, Can nişanlısı Öykü Karayellə Çeşmədə nikah bağlayacaq. 

Toyla bağlı maraqlı məqamlardan biri isə cütlüyün qonaqlardan şəkillə bağlı xahişidir. Belə ki, Can və Öykü nikahdan çəkilən fotoların sosial şəbəkədə paylaşılmasını istəmirlər. 

Onlar xoş günlərinin qapalı keçməsi arzu edirlər və  hər hansı bir görüntünün mediada yayılmasına qarşıdırlar. 

Qeyd edək ki, ötən həftə sənətçinin biznesmen atası Yaşar Bonomu memar Seçil Özmeroğlu ilə ailə həyatı qurub.