Logo

Məşhur türk cərrah suriyalı ailələri ziyarət etdi


TopXeber.Az Türkiyə mətbuatıa istinadla xəbər verir ki, ABŞ-da yaşayan türkiyəli məşhur cərrah Mehmet Öz suriyalıları Türkiyədə yaşadığı sığınacaqları ziyarət edib. Mehmet Öz ziyarəti zamanı suriyalıların sağlamlıq mərkəzlərini ziyarət edib, avadanlıqları yoxlayıb və həkimlərlə söhbət edib. Sığınacaqda yaşayan bir ailənin 14 aylıq xəstə uşaqlarını müayinə edən həkim onlara məsləhətlər verib. Həkimin sığınacaqda yerləşən gözəllik mərkəzini ziyarət edib, üzünü sapla epilasiya etdirməsi rəngli görüntülərə səbəb olub.