Logo

Müdafiə Sənayesi Naziri kim olacaq?- İDDİALILAR


Müdafiə Sənayesi Naziri Yavər Camalovun ölümündən sonra bu vəzifəyə iddialılar ortaya çıxıb.

Gununsesi.info-nun xəbərinə görə, mərhum nazirin 40 mərasimindən sonra prezident tərəfindən yeni nazirin təyinatı olacaq. Ölkədə kifayyət qədər nüfuzlu nazirliklərdən biri sayılan bu posta iddialılar arasında hətta yüksək vəzifə daşıyanlar da var.

Saytımızn araşdırması zamanı bəlli olub ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da Yavər Camalovun yerinə namizəddir.

Mənbəmizin sözlərin görə, hələ prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi formalaşan zaman  o, bu istəkdə olub.

Bundan başqa Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadənin də bu posta iddialı olmasına dair məlumatlar var.