Logo

“Qəbələ” - “Proqres”: biletlər satışa çıxarılır


 UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə Lüksemburq “Proqres”i arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır.

TopXeber.Az xəbər verir ki, biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdı.

İyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Proqres" matçı saat 20:00-da başlayacaq.