Logo

“Qızıl Məryəm”i öldürən şəxslərdən biri yenidən məhkəmə qarşısında — FOTO


 2016-cı ilin səs-küylü cinayətlərindən sayılan “Qızıl Məryəm” ləqəbli Nametzadə Məryəm Tofiq qızını öldürən şəxslərdən Əsgərov Ceyhun Elxan oğlu yenidən məhkəmə qarşısına çıxacaq.

TopXeber.Az xəbər verir ki, C.Əsgərovun şikayətinə iyul ayının 11-də Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 1 noyabr tarixli hökmü ilə  Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər. Ancaq Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədən saxlayıb. 

Belə ki, 2016-cı ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.


Ölke.az