Logo

Qızının toyuna hazırlaşan ata pəncərədən yıxılaraq öldü


Türkiyədə qızının toyuna hazırlaşan ata pəncərədən yıxılaraq həyatını itirib.

TopXeber.Az xəbər verir ki, qızının xına gecəsindən əvvəl evdəki təmizlik işlərinə kömək edən 55 yaşlı ata şüşə silərkən 6-cı mərtəbədən yıxılıb. 

İlk müdaxilə edildikdən sonra xəstəxanaya aparılan adam həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib.