Logo

Qubada kanatın qırılması nəticəsində yaralananların görüntüləri yayıldı - VİDEO


Quba Mərkəzi Rayon Xəstəxanası: "Onlardan biri evə buraxılıb"

"Qubadakı “Quba Palace Hotel”də kanatın qırılması nəticəsində xəsarət alanların vəziyyəti qənaətbəxşdir".

TopXeber.Az xəbər verir ki,  bu barədə REAL-a Quba Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

“Bir nəfər sağ baldır nahiyəsinin ön səthinin sıyrılmış yarası xəsarəti alıb. Ona ilkin yardım olunub və ambulator müalicəyə buraxılıb. İkinci xəsarət alanın isə sol kürək sümüyü sınıb. İlkin yardım olunub və xəstəxanada müalicəsini davam etdirir. Hazırda vəziyyəti stabildir”,- - deyə xəstəxanadan bildirilib.