Logo

Rusiyada deputat döyülərək xəstəxanalıq olub


 Rusiya Dövlət Dumasının Liberal Demokratlar Partiyasından olan deputatı Sergey Jiqarev naməlum şəxs tərəfindən evinin qarşısında döyülüb.

TopXeber.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, hadisə iyulun 8-i axşam radələrində baş verib. Deputat kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. 

Hazırda faktla bağlı araşdırma aparılır. Həmin şəxsin axtarışları davam etdirilir. 

Məsələ ilə bağlı partiyadan və ya deputatdan açıqlama almaq mümkün olmayıb. Qafqazinfo.az