Logo

Səhər ağır qəza ilə açıldı: 24 ölü, 124 yaralı - FOTO, VİDEO (YENİLƏNİB)


Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 24 nəfər ölüb, 124-ü xəsarət alıb.

TopXeber.Az-ın məlumatına görə, bu barədə “Milliyet” Səhiyyə Nazirliyinə istinadla xəbər verib.

Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 362 sərnişin olub.




*** 

13:26

Dünən gecə Türkiyədə baş verən hadisə ilə bağlı Nazirlikdən açıqlama gəldi.

“ 8 İyul 2018-ci il tarixində Uzunkörpü-Halkalı yolunda 6 vaqon, 362 sərnişin və 6 nəfər işçi ilə yola düşən qatarın Balabanlı-Çorlu yolunda 5 vaqonun aşması ilə qəza baş verib. Qəzanın səbəbi yağışın çox olmasına görə relslərin arasındaki torpağın yumşalması olub”

Qeyd edək ki, hadisəylə bağlı iki maşinisti polis nəzarətə götürüb.