Logo

Tanınmış müğənninin evinə oğru girdi - 500 min pulunu, qızıllarını və maşının açarını oğurladılar


Tanınmış müğənni Hülya Avşarın evini talayıblar.

 TopXeber.Az-ın Sfera.az-a istinadla xəbərinə görə, bu gün səhər radələrində müğənninin evinə oğru girib. Yataq otağında yatarkən oğrunun səsinə ayılan müğənni oğrunun üzərinə hücum etsə də, taladıqlarını geri ala bilməyib. 

H.Avşar oğrunun 500 min türk lirəsi dəyərində pulu, evdəki qızılları, onun şəxsiyyət vəsiqəsini, kredit kartlarını və avtomobilinin açarını oğurladığını bildirib. Polislər isə kameralara tuş gələn oğrunun uzun müddətdir ki, axtarışda olduğunu qeyd ediblər.